Husilər İsrailə iki PUA-nın buraxıldığını açıqlayıb

Husilər İsrailə iki PUA-nın buraxıldığını açıqlayıb
24 dekabr, 2024 02:33

Bakı. Trend:

Yəmənin husi üsyançıları bazar ertəsi İsrailin Aşkelon və Təl-Əviv şəhərlərinə iki pilotsuz uçuş aparatınıgöndərib.

Trend-in məlumatına görə, bu barədə hərəkatın nümayəndəsi Yəhya Sariya bildirib.

 

Onun sözlərinə görə, Yəmən silahlı qüvvələri iki hərbi əməliyyat keçirib, birinci əməliyyatında Aşkelonda İsrailin hərbi obyekti hədəf alınıb.

O bildirib ki, husilər Aşkelona zərbə endirmək üçün "Yaffa" tipli pilotsuz uçuş aparatından istifadə ediblər.