Venesuela Panamanın kanal üzərində suverenliyini dəstəklədiyini bəyan edib

Venesuela Panamanın kanal üzərində suverenliyini dəstəklədiyini bəyan edib
24 dekabr, 2024 03:44

Bakı. Trend:

Venesuela Panamanın kanal üzərindəki suverenliyini və Latın Amerikası ölkəsinin öz müqəddəratını təyinetmə hüququnu dəstəkləyir.

Trend-in məlumatına görə, bu bərədə Venesuela Xarici İşlər Nazirliyinin açıqlamasında bildirilib.

"Venesuela Bolivar Respublikasının Xarici İşlər üzrə Xalq Gücü Nazirliyi [keçmiş] [Panamanın] Prezidenti Ömər Torrixosun qəhrəmancasına səyləri nəticəsində qazanılan kanal üzərində Panama suverenliyinə sarsılmaz sadiqliyini bir daha təsdiqləyir", - deyə Nazirlik qeyd edib.

Qeyd edək ki, ABŞ-nin yeni seçilmiş prezidenti Donald Tramp dekabrın 22-də "Truth Social" səhifəsində bildirib ki, ABŞ Panama kanalından mövcud istifadə şərtlərinə yenidən baxılmadığı təqdirdə ona nəzarətin qaytarılmasını tələb edə bilər.