İsrail ordusu Qəzzada HƏMAS-ın daxili təhlükəsizlik mexanizminin rəhbərini sıradan çıxarıb

İsrail ordusu Qəzzada HƏMAS-ın daxili təhlükəsizlik mexanizminin rəhbərini sıradan çıxarıb
24 dekabr, 2024 00:57

Bakı. Trend:

İsrail hərbçiləri Qəzza şəhərinə endirdiyi hava zərbəsi nəticəsində radikal "HƏMAS" hərəkatının daxili təhlükəsizlik mexanizminin rəhbəri Tərvat Məhəmməd Əhməd Albeki öldürüb.

Trend-in məlumatına görə, bu barədə İsrail ordusunun mətbuat xidməti bildirib.

"Albek, əvvəllər Daraj Tuffda Musa ibn Nusayr məktəbi kimi xidmət edən kompleksdə tikilmiş komanda qərargahında yerləşirdi", - deyə bildirilib.

Qeyd olunub ki, “HƏMAS-ın daxili təhlükəsizlik mexanizmi HƏMAS-ın yüksək rütbəli üzvlərinin təhlükəsizliyinə cavabdehdir, onların hərbi fəaliyyətlərinin davam etdirilməsini təmin etmək üçün onlara sığınacaqlar verir”. "Albek təhlükəsizlik mexanizmində mərkəzi fiqur və qərarların qəbulu prosesində mühüm şəxs olub", - deyə əlavə edilib.