Ceyhun Bayramov Serbiyada Ümummilli Lider Heydər Əliyevin abidəsini ziyarət edib (FOTO)

Ceyhun Bayramov Serbiyada Ümummilli Lider Heydər Əliyevin abidəsini ziyarət edib (FOTO)
23 dekabr, 2024 21:22

Bakı. Trend:

Xarici işlər naziri Ceyhun Bayramov Serbiyaya işgüzar səfərdədir.

Trend xəbər verir ki, bununla bağlı Nazirlik "X" sosial şəbəkəsində paylaşım edib.

Bildirilib ki, səfər çərçivəsində Ceyhun Bayramov Azərbaycanın Ümummilli Lideri Heydər Əliyevin dərin ehtiramını və əziz xatirəsini yad etmək əlaməti olaraq Belqrad şəhərindəki Taşmaydan parkında onun abidəsi önünə gül dəstələri qoyub.

Xəbər yenilənəcək