Azərbaycanda bu investisiya şirkəti bağlanır

Azərbaycanda bu investisiya şirkəti bağlanır
24 dekabr, 2024 11:53

Bakı. Trend:

“Mugen Investment Company” Məhdud Məsuliyyətli Cəmiyyəti (MMC) ləğv olunduğunu elan edib.

Trend bu barədə İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin “Vergilər” qəzetindən məlumat əldə edib.

Bildirilib ki, kreditorlar iki ay ərzində tələblərini AZ1005 Bakı şəhəri, Səbai̇l rayonu, Zeynalabdi̇n Tağiyev küçəsi, ev 10 ünvanına bildirə bilərlər.

Qeyd edək ki, MMC 2023-cü ildə dövlət qeydiyyatına alınıb. Nizamnamə kapitalı 10 manat olan şirkətin qanuni təmsilçisi Əliyeva Sevinc Sadiq qızıdır.