Logistika şirkəti kapitalını kəskin azaltdı

Logistika şirkəti kapitalını kəskin azaltdı
24 dekabr, 2024 09:54

Bakı. Trend:

“Zamanoğlu Logistics” Məhdud Məsuliyyətli Cəmiyyəti (MMC) nizamnamə kapitalını azaldır.

Trend bu barədə İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin “Vergilər” qəzetindən məlumat əldə edib.

Belə ki, MMC nizamnamə kapitalını 681 100 manat dəyərindən 461 100 manat dəyərinə azaltdığını elan edib.

Qeyd edək ki, şirkət 2021-ci ildə dövlət qeydiyyatına alınıb. MMC-nin qanuni təmsilçisi Əmrahova Gülnaz Mədət qızıdır.