"Şamaxı" komandası bu futbolçu ilə yollarını ayırıb

"Şamaxı" komandası bu futbolçu ilə yollarını ayırıb
24 dekabr, 2024 06:12

Bakı. Trend:

“Şamaxı” futbol klubu Ramin Əhmədovla yollarını ayırıb.

Trend-in məlumatına görə, futbolçunun müqavilə müddəti başa çatıb.

Klubdan verilən açıqlamada 23 yaşlı yarımmüdafiəçiyə göstərdiyi xidmətlərə görə təşəkkür edilib, gələcək karyerasında uğurlar arzulanıb. Bundan əvvəl "Şamaxı" 3 futbolçusu ilə yollarını ayırıb.