"Şamaxı" bu komandalarla qarşılaşacaq

"Şamaxı" bu komandalarla qarşılaşacaq
23 dekabr, 2024 19:48

Bakı. Trend:

“Şamaxı”nın qış təlim-məşq toplanışı planı məlum olub.

Trend xəbər verir ki, bu barədə klubun mətbuat xidməti məlumat yayıb.

Komanda yanvarın 2-də Bakıda bir araya gələcək. Hazırlığını paytaxtda keçəcək "Şamaxı" toplanış zamanı 2 yoxlama oyunu keçirməyi planlaşdırıb.

Bölgə təmsilçisi yanvarın 9-u “Zirə”, 12-si isə “Sabah”la qarşılaşacaq.