Bugünkü hərracda tələb 76,8 milyon dollar olub

Bugünkü hərracda tələb 76,8 milyon dollar olub
24 dekabr, 2024 12:48

Bakı. Trend:

Bu gün Mərkəzi Bankda növbəti valyuta hərracı keçirilib.

Bu barədə Trend tənzimləyici quruma istinadən xəbər verir.

Məlumata görə, hərracda tələb 76,8 milyon ABŞ dolları təşkil edib və tam təmin olunub.

Qeyd olunub ki, hərracın ortaçəkili məzənnəsi 1,7000 manat təşkil edib.