Gəncədə ev yandı - Ölən var

Gəncədə ev yandı - Ölən var
24 dekabr, 2024 11:37

Gəncədə yanğın olub.

"Unikal"ın məlumatına görə, hadisə şəhərin Natavan qəsəbəsində qeydə alınıb. Qəsəbədə olan fərdi yaşayış evində yanğın hadisəsi baş verib. Dərhal əraziyə FHN əməkdaşları cəlb olunub.Ərazidə 1947-ci il təvəllüdlü Naydyonova Tatyana Vasilyevnanın meyti tapılıb.

Faktla bağlı araşdırma aparılır. 

Tural Əhmədov