Türkiyədə partlayıcı maddə istehsal edən zavodda partlayış – 12 nəfər ölüb

Türkiyədə partlayıcı maddə istehsal edən zavodda partlayış – 12 nəfər ölüb
24 dekabr, 2024 11:00

Bakı. Trend:

Türkiyənin Balıkesir vilayətinin Karesi rayonunda yerləşən partlayıcı maddə istehsal edən zavodda güclü partlayış baş verib.

Trend Türkiyə KİV-ə istinadən xəbər verir ki, hadisə nəticəsində 12 nəfər həyatını itirib, 3 nəfər isə yaralanıb.

Qeyd edilib ki, hadisə yerində xilasetmə və təhqiqat işləri davam edir.

Partlayışın səbəbləri ilə bağlı araşdırmalar aparılır.