Türkiyədə fabrikdə güclü partlayış - 12 ÖLÜ

Türkiyədə fabrikdə güclü partlayış - 12 ÖLÜ
24 dekabr, 2024 10:55

Türkiyənin Balıkəsir vilayətinin Karesi rayonunda partlayıcı istehsal edən fabrikdə güclü partlayış olub. 

"Unikal" xəbər verir ki, bu barədə Türkiyə mətbuatı yazıb. 

Balıkəsir valisi İsmayıl Ustaoğlu baş verən partlayışda 12 nəfərin öldüyünü, 3 nəfərin yaralandığını bildirib.

O, ilkin araşdırmalara görə hadisənin təxribat ehtimalının olmadığını bildirib.

Ağarza Elçinoğlu