Ağdaşda narkotiklərin dövriyyəsi ilə məşğul olan 4 nəfər saxlanılıb (FOT/ VİDEO))

Ağdaşda narkotiklərin dövriyyəsi ilə məşğul olan 4 nəfər saxlanılıb (FOT/ VİDEO))
24 dekabr, 2024 10:22

Bakı. Trend:

Ağdaş Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən narkotik vasitələrin qanunsuz dövriyyəsi ilə məşğul olan şəxslərə qarşı əməliyyatlar keçirilib.

DİN-in Mətbuat Xidmətinin Şəki regional qrupundan Trend-ə verilən məlumata görə, tədbirlərlə rayon sakinləri – Elnur Əhmədzadə, Elvin İsmayılov, İlqar Ələkbərov və Elman Kərimov saxlanılıblar.

Onların yaşadıqları ünvanlardan və idarə etdikləri avtomobillərdən ümumilikdə 2 kiloqram marixuana aşkar olunub.

Faktlarla bağlı cinayət işi başlanılıb, araşdırmalar davam etdirilir.