Neftçalada maşın yandı

Neftçalada maşın yandı
24 dekabr, 2024 09:43

Bakı. Trend:

Neftçala şəhərində “BAЗ” markalı minik avtomobilinin yanar hissələri yanıb.

Trend xəbər verir ki, bu barədə Fövqəladə Hallar Nazirliyi məlumat yayıb.

Bildirilib ki, yaxınlıqdakı tikililər yanğından mühafizə olunub.

Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.