İsmayıllıda ev yandı - Xəsarət alan var

İsmayıllıda ev yandı - Xəsarət alan var
24 dekabr, 2024 09:15

Bakı. Trend:

İsmayıllıda ev yanıb.

Trend xəbər verir ki, bu barədə Fövqəladə Hallar Nazirliyi məlumat yayıb.

Bildirilib ki, İsmayıllı rayonunun Mücühəftəran kəndində ümumi sahəsi 168 m² olan kürsülü, birmərtəbəli 4 otaqlı evin yanar konstruksiyaları yanıb.

Yanğın zamanı bir nəfər yanıq xəsarəti alıb. Yaxınlıqdakı tikililər yanğından mühafizə olunub.

Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.