Sumqayıtda yataqxana binasında yanğın olub

Sumqayıtda yataqxana binasında yanğın olub
24 dekabr, 2024 01:26

Bakı. Trend:

Sumqayıt şəhərində yanğın baş verib.

Fövqəladə Hallar Nazirliyindən Trend-ə verilən məlumata görə, Sumqayıt şəhərində üçmərtəbəli yataqxana binasının 3-cü mərtəbəsində ümumi sahəsi 40 m² olan 1 otaqlı mənzilin yanar konstruksiyaları və ev əşyaları 20 m² sahədə yanıb. Mənzilin qalan hissəsi yanğından mühafizə olunub.

Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.