Bakıda yanğına görə bu küçədə hərəkət dayandırıldı - FOTOLAR

Bakıda yanğına görə bu küçədə hərəkət dayandırıldı - FOTOLAR
23 dekabr, 2024 18:28

Nəsimi rayonu, “4-cü mikrorayon” dairəsi, Hüseyin Seyidzadə küçəsində baş vemiş yanğınla əlaqədar Mir Cəlal Paşayev küçəsi istiqamətində nəqliyyat vasitələrinin hərəkətinə məhdudiyyət tətbiq edilib.

"Unikal" xəbər verir ki, bu barədə Nəqliyyatı İntellektual İdarəetmə Mərkəzi (NİİM) məlumat yayıb.

FHN-dən verilən məlumata görə, paytaxtın Nəsimi rayonu,  Hüseyn Seyidzadə küçəsində yerləşən obyektdə yanğın baş verməsi barədə məlumat daxil olub və dərhal əraziyə FHN-in Dövlət Yanğından Mühafizə Xidmətinin qüvvələri cəlb olunub. 

Hazırda yanğının söndürülməsi işləri davam etdirilir. 

Əlavə məlumat veriləcək.